Merkelin karantin müddəti başa çatıb | Eurasia Diary - ednews.net

7 İyun,


Merkelin karantin müddəti başa çatıb

Dünya A- A A+

Almaniya kansleri Angela Merkelin karantin müddəti başa çatıb.

EdNews-un "Deutsche Welle"yə istinadən verdiyi xəbərə görə, bu barədə Almaniya hökumətinin sözçüsü Steffen Seibert bildirib.

O deyib ki, Almaniya kansleri iki həftəlik ev şəraitində karantindən sonra Berlindəki ofisinə qayıdıb.

“Çox şükür olsun ki, kanslerin bir neçə dəfə koronavirus analizi mənfi nəticə göstərdi. O, indi öz işini ofisdən davam etdirəcək", - deyə S. Seibert qeyd edib.

Hökumət sözçüsü vurğulayıb ki, buna baxmayaraq Angela Merkel sosial uzaqlaşma qaydalarına əməl edəcək və konfranslar video və audio formatında davam edəcək.   

Qeyd edək ki, Almaniya kanslerinə pnevmaniyaya qarşı peyvənd edən həkimin koronavirus analizi müsbət çıxdıqdan sonra 65 yaşlı A. Merkel martın 22-dən ev şəraitində karantində idi.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...