Pandemiya səbəbindən defolt vəziyyətinə düşən kasıb ölkələrin 20%-i Çin kapitalının köməyi ilə dirçələ biləcək.
EDNews xəbər verir ki, bu məqsədlə Çinin dövlət büdcəsindən 200 milyard dollardan çox vəsait ayrılıb.
Ekspertlər hesab edirlər ki, Çin bu yolla Dünya Bankı kreditorlarına Afrika, Asiya ərazisində meydan oxumaga hazırlaşır.
ABŞ-ın nüfuzlu iqtisadi jurnalı "The Wall Street Journal" yazıb ki, məşhur iqtisadçı ekspertlər Karmen Reynhart (Harvard Universiteti) və Sebastyan Hornanın (Münhen Universiteti) apardıqları araşdırmalara görə, Çin bu təsəbbüşlə gələcəkdə Avropa ölkələrini, nəhəng Amerika şirkətlərini belə özünə borcu edə bilər və bununla da Dünya Bankı daxil olmaqla beynəlxaq kredit təşkilatları lazımsız quruma çevrilə bilər.(moderator.az)