Mayın 9-da Rusiyanın paytaxtında keçiriləcək Qələbə Günü paradı ilə bağlı hazırlıq tədbirləri davam edir.
EDNews xəbər verir ki, koronavirusun Rusiyada yayılmaqda davam etdiyinə baxmayaraq Putin 9 may paradını təxirə salmaq niyyətində deyil. Bu səbəblə də əvvəlcədən nəzərdə tutulduğu kimi, parad hazırlıqları plana uyğun şəkildə davam etdirilir.
Yalnız piyadaların deyil, paradda iştirak edəcək Strateji Raket Qüvvələrinin Yars mobil raket sistemləri və T-34 tanklarının da parad hazırlığı davam etməkdədir. Raket sistemləri ilə yanaşı, parada qatılacaq 30 ədəd T-34 tankı Moskva vilayətindəki Alabin şəhərində yerləşdirilib və təlimlərini bu şəhərdə gerçəkləşdirməkdədir.
Paradda iştirak edəcək xarici qonaqlara gəlincə, 9 may paradında Belarus prezidentinin iştirakı təsdiqlənib. Həmçinin, bu günə qədər parada dəvət alan heç bir ölkə başçısı paradda iştirakla bağlı imtina məktubu yolamayıb.
Onu da qeyd edək ki, paradda iştirak edəck hərbçilərin koronavirusdan qorunmasını təmin etmək üçün dezinfeksiya və digər önləmlər yüksək səviyyədə həyata keçirilməkdədir. Parad təlimlərinə qatılan hər bir əsgərin bədən temperaturu gün ərzində 3 dəfə ölçülməkdə, onların sanitariya qaydalarına əməl etməsinə sərt şəkildə nəzarət olunmaqdadır. Kreml hesab edir ki, koronavirusun yayılmasında “qəfil sıçrayıçlar” baş verməzsə, o zaman 9 may paradının yüksək səviyyədə reallaşması təmin olunacaq.(moderator.az )