Ukraynada koronavirusdan ölənlərin sayı isə 32-yə çatıb | Eurasia Diary - ednews.net

3 İyun, Çərşənbə


Ukraynada koronavirusdan ölənlərin sayı isə 32-yə çatıb

Dünya A- A A+

Ukraynada koronavirusa yoluxanların sayı 1251 nəfərə çatıb ki, onlardan 80-dən çoxu uşaqdır.

Ən çox yoluxma halı Kiyevdə qeydə alınıb: 225 nəfər.

EdNews ölkənin Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, Ukraynada koronavirusa yoluxanların 60 faizi 30-59, 20,7 faizi isə 60-100 yaşlı insanlardır. Ölkənin 15 vilayətində koronavirusla bağlı fövqəladə vəziyyət elan edilib. Son sutkada 156 nəfər koronavirusa yoluxub. Bu virusdan ölənlərin sayı isə 32 nəfərə çatıb. Koronavirusdan ölənlərin 85 faizində ürək-damar xəstəlikləri, şəkərli diabet, böyrək çatışmazlığı olub. 23 nəfər tam müalicə olunaraq evlərinə qayıdıb.

Qeyd edək ki, ölkədə aprelin 24-dək bütün beynəlxalq uçuşlar dayandırılıb, karantin elan edilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...