İranda koronavirusdan ölənlərin sayı 3 600 nəfəri ötdü | Eurasia Diary - ednews.net

3 İyun, Çərşənbə


İranda koronavirusdan ölənlərin sayı 3 600 nəfəri ötdü

Dünya A- A A+

İranda koronavirusa yoluxanların sayı 58 226 nəfərə çatıb.

EdNews  xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin rəsmi nümayəndəsi Kianuş Cahanpur bildirib.

O, qeyd edib ki, ölkədə COVID-19 infeksiyasından ölənlərin sayı 3 603 nəfərə çatıb.

"Ötən gün ərzində bütün ölkə üzrə koronavirusa 2 483 yeni yoluxma aşkarlanıb. Bu məlumatları nəzərə alaraq, virusa yoluxanların sayı 58 226-a qədər artıb", - deyə o IRINN telekanalının efirində bildirib.

Kianuş Cahanpurun sözlərinə görə, virusa yoluxmuş 22 011 xəstə sağalıb.

"Təəssüf ki, son 24 saatda 151 nəfər xəstəxanalarda və tibb mərkəzlərində ölüb. Koronavirusdan ölənlərin ümumi sayı 3 603 nəfərdir", - o əlavə edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...