Fransada son sutka ərzində koronavirusa yoluxanların sayında artım qeydə alınıb.
EdNews yerli KİV-ə istinadən bildirir ki, bu ölkədə indiyədək COVID-19 infeksiyasına 92 min 839 nəfər yoluxub. Koronavirusdan ölənlərin sayı 8078 nəfərə çatıb.
Fransa Səhiyyə Nazirliyindən jurnalistlərə bildirilib ki, dünənə nisbətən ölü sayında təxminən 50 faiz azalma müşahidə olunub. Hazırda 6978 nəfər reanimasiyadadır, 16 183 nəfər sağalıb və xəstəxanalardan evə buraxılıb. (virtualaz.org)