Putinin kurs yoldaşı onu koronavirusu dünyaya yaymaqda suçladı ŞOK İTTİHAM...

Dünya 11:18 06.04.2020

"Pandemiya məhdud bir nüvə müharibəsi ilə müqayisə edilə biləcək dərəcədə bəşəriyyətə zərbə vuracaq"

Yəqin Azərbaycan oxucularına Yuri Şvetsin adı tanışdır. KQB məktəbində vaxtilə Rusiya prezidenti Vladimir Putinlə eyni kursda təhsil almış kəşfiyyatçı 1994-cü ildən ABŞ-da yaşayır və hərdən sensasiyalı xəbərlərlə  gündəmə gəlir. Yuri Şvets 4 il əvvəl - 2016-cı ildə Azərbaycanın nazirlərindən birinin ABŞ, Rusiya və Türkiyə xüsusi xidmət orqanlarının agenti olması barədə də məlumat yaymışdı və o zaman sensasiyanı işdən çıxarılmış keçmiş MTN şefi Eldar Mahmudovun qisas zəminində qəsdən yaydığı barədə fikirlər dolaşdı.

 

Yuri Şvets iki gün əvvəl “Qordon” nəşrinə müsahibəsində Vladimir Putinin ətrafının onu vəzifədən uzaqlaşdırılma planlarının olduğunu və  koronovirusun Çində yayılmasının bu planlara təkan verəcəyini  iddia edib. Geniş müsahibənin bizim oxucular üçün maraqlı ola biləcək hissəsini diqqətinizə çatdırırıq. 
 
“- Bundan əvvəlki müsahibəmizdə Siz kifayət dərəcədə arqumentləşdirilmiş şəkildə izah etdiniz ki, Rusiyada baş verən son hadisələrin - konstitusiyaya düzəlişlər, neftin dünya qiymətlərinin düşməsi fonunda rublun ucuzlaşması - Vladimir Puinin prezidentlik müddətinin sıfırlanmasından və güc strukturları tərəfindən Putinin vəzifədən uzaqlaşdırılması cəhdindən başqa şey deyil. İndi Rusiya Federasiyasında da tuğyan edən koronavirus epidemiyası bu planları sürətləndirib və ya əksinə, onları geri itələdi?
  
- Söhbətimiz  Putinin hakimiyyətdən getməsinin mümkünlüyü barədə olmuşdu və bu gediş ola bilsin ki, böyük müharibə ilə müşayət olunacaq. Müzakirələr zamanı  mən ehtimal etmişdim ki, Putinin yaxın ətrafı “böyük müharibə” imitasiyası edə bilər və məqsəd Putinin özünü ittiham edib, onu hakimiyyətdən məhrum etmək və əvəzində Vaşinqtondan bütün keçmiş cinayətlərinə görə əfv almaqdır. 
 
- Üstəlik, söhbətimizdə bu yaxın çevrədən olan insanların adlarını səsləndirdiniz: Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev, FTX direktoru Aleksandr Bortnikov və "Rosneft" in rəhbəri İqor Seçin.
 
- İndi, bütün dünya  sakit halda pandemiyanın sonrakı inkişafını gözlədiyi vaxtda və Putin də Valdaya qaçdıqda, mən ixtiyarsız olaraq şübhələnirəm: həqiqətənmi başladı? Nəyin nəzərdə tutulduğunu izah edəcəyəm. 16 sentyabr 2019-cu ildə axşam, hələ heç kim koronavirus haqqında eşitmədiyi zaman, AST-54 Novosibirsk evakuasiya xidməti, böyük partlama nəticəsində Vektor adlı xüsusi obyektdə yanğın baş verdiyini xəbər verdi. Partlayışın əsl səbəbləri və şərtləri, eləcə də onun nəticələri barədə bütün məlumatlar dərhal  məxfiləşdirildi. Tezliklə məlum oldu ki, "Vektor" da koronavirusun əlamətləri var.
 
- Dayanın, bu necə ictimaiyyətə məlum oldu?
 
- 27 yanvar 2020-ci ildə Rusiya mediasında xəbər verildi ki, “Vektor” koronavirusa qarşı iki peyvənd hazırlayır. Üstəlik, bu, COVID-19 üçün sınaq keçirməyə qadir olan yeganə mərkəz olduğunu və Moskvadan götürülmüş nümunələrin təyyarə ilə göndərildiyini ortaya çıxardı.
 
- Amma, axı Rusiya Dövlət Virusologiya və Biotexnologiya "Vektor" Mərkəzi Novosibirsk yaxınlığında yerləşir və koronavirus, açıq mənbələrdən alınan məlumatlara görə, ilk dəfə Çinin Uhan şəhərində tapılıb. Bu şəhərlər arasında üzr istəyirəm, demək olar ki, 5,5 min kilometr...
 
- 2019-cu ilin dekabr ayının sonunda Çin Ümumdünya Səhiyyə Təşkilatına Uhanda pnevmoniyanın başlaması barədə məlumat verdi. Xəstəliyin törədicisi 7 yanvar 2020-ci ildə təsbit edildi, əvvəllər bilinməyən koronavirus SARS-CoV-2 (yaratdığı xəstəlik COVID-19 adlandırıldı) ortaya çıxdı.
Xatırladım ki, yanvar ayında "Vektor"da artıq Moskvadan göndərilən koronavirus nümunələri  sınaqdan keçirildi. Yəni, “Vektor”da COVID-19 haqqında Çinin Ümumdünya Səhiyyə Təşkilatına bildirməsindən əvvəl məlumatlı idilər. Çin və ABŞ arasında qarşılıqlı ittiham kampaniyası aparılır. Və hələ ki, iki pələng bir-birinə girdiyindən, bitlənən kiçik meymun gizlənib. Novosibirsk yaxınlığında baş verən partlayış nədənsə beynəlxalq ictimaiyyətin diqqətindən yayındı. Və nahaq yerə.
 
"Gəlin bu ardıcıllığı xronoloji olaraq təkrarlayaq."
 
- Beləliklə, 16 sentyabr 2019-cu ildə “Vektor”da partlayış baş verir. Oktyabrın 19-da Uhanda Ümumdünya hərbi oyunların açılışı olur. Rusiya Federasiyasından olan hərbçilər komandası burada uğurla çıxış edir. Və burada birmənalı olaraq  Rusiya xüsusi xidmət orqanlarının nümayəndələri də olub. Dekabr ayında Uhanda pnevmoniya xəstəsi olanların sayı partlayış xarakterli olur. Yəni, virus noyabrdan etibarən orada yayılmağa başladı. Məni maraqlandıran əsas sual: Rusiyadan Uhana COVİD-19  təsadüfən və ya bilərəkdən  gətirilib?
 
-  Siz hansı varianta meyllisiniz?
 
- Məncə təsadüf amilini tamamilə istisna etmək mümkün deyil. Uhan Virusologiya İnstitutu Rusiya Federasiyasının xüsusi xidmət orqanlarında böyük maraq doğurur. Dünyadakı belə mərkəzləri barmaqla saymaq olar və hamısı da bir-birini izləyir. Buna baxmayaraq, Rusiya Federasiyasından Uhana qəsdən gətirilmiş COVID-19 versiyası mənə daha inandırıcı görünür.
 
Ancaq burada Rusiya Federasiyasındakı hakimiyyət məsələsini həll etmək üçün fürsət əlavə olunur! Bir ay əvvəl mən Putinin ən yaxın silahdaşlarının birləşməsini və "böyük müharibə" ni təqlid edə bilməsi üçün onu çıxartmaq və Vaşinqtonun bütün "günahları" bağışlanmasını qazanması barədə fikir bildirdim. Və koronavirus ilə imitasiya etmək lazım deyil. Pandemiya məhdud bir nüvə müharibəsi ilə müqayisə edilə biləcək dərəcədə bəşəriyyətə zərbə vuracaq. Əgər Rusiya Federasiyası  xüsusi xidmət orqanları məqsədyyönlü olaraq  virusu Uhana  gətiriblərsə,  bu, Putini aradan götürməkdə “ varislər” üçün bir şansdır.  Qalır yalnız onu  cinayətlərində ittiham etmək”.
 
Tərcüməyə Sözardı: Yaddaşı yaxşı olanlar bilir ki, 7 mart 2018-ci ildə Rusiya prezidenti Vladimir Putin Vladimir Solovyovun “Dünya düzəni 2018” filmində nüvə zərbəsinin qlobal bir fəlakətə səbəb olacağını bildirmişdi və bundan sonra sual etmişdi: “O yerdə ki, Rusiya olmayacaq, o dünya nəyimizə lazımdır?”. Yəni, Rusiya prezidentinin bütün dünyanı məhv etmək kimi antibəşəri bir düşncədə olduğu əvvəllər də öz dilindən səslənib və Yuri Şvetsin onu koronavirusun yayılmasında ittiham etməsində həqiqət çalarları ola bilər.
Rasim Musabəyovdan SƏRT SÖZLƏR: "Fransa qələt edir" - MÜZAKİRƏ-VİDEO

Xəbər xətti

İsrail Livandan uçan naməlum hədəfə qarşı “Patriot”dan istifadə edib
02:03 29.03.2024
ABŞ Konqresi Pentaqonun Afrikadakı dövlət çevrilişlərinə görə hesabat tələb edib
01:00 29.03.2024
Ukraynalı deputat: Hərbi xidmətdən yayınanların sayı bir milyona çatır
00:05 29.03.2024
Azərbaycan boksçuları Bakıdakı beynəlxalq turnirdə 21 medal qazanıb
23:41 28.03.2024
Yaponiya UNRWA-nın maliyyələşdirilməsini bərpa etməyi nəzərdən keçirəcək
23:13 28.03.2024
Azərbaycan təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı təntənəli tədbir təşkil olunub
22:50 28.03.2024
Rusiya XİN başçısı: Məhz KTMT İrəvanın maraqlarını çətin vəziyyətlərdə müdafiə edib
22:26 28.03.2024
Lavrov: Ermənistan uydurma bəhanələrlə Rusiya ilə münasibətlərin pozulmasına çalışır
22:00 28.03.2024
Yevlaxda avtomobil yük maşınına çırpılıb, ölən var
21:45 28.03.2024
DİN vətəndaşlara müraciət edib: Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın
21:30 28.03.2024
Sumqayıt Dövlət Universitetinə yeni prorektor təyin olunub
21:24 28.03.2024
BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib
21:11 28.03.2024
Rusiya İstintaq Komitəsi: “Crocus City Hall”dakı terror Ukraynadan maliyyələşib
21:04 28.03.2024
İtaliya komandanlığı ordunun sayını artırmağa ümid edir
20:43 28.03.2024
Əli Nağıyev: Azərbaycanın təhlükəsizlik orqanlarının qarşısında yeni çağırışlar durur
20:30 28.03.2024
Kürdəmirdə 16 yaşlı piyadanı maşın vurub
20:21 28.03.2024
"Müharibə olmasın, bizə ədəbiyyat lazım deyil" - Yazıçılar arasında SORĞU
20:00 28.03.2024
Naxçıvanda mənşəyi bilinməyən saxta zeytun yağları satışdan çıxarılıb
19:36 28.03.2024
Aİ Şurasının komitə üzvləri Cənubi Qafqaz regionuna səfər edəcəklər
19:30 28.03.2024
Sabah Qubanın qaz təchizatında fasilə yaranacaq
19:20 28.03.2024
Əfqanıstanda güclü zəlzələ oldu
19:00 28.03.2024
Türkiyənin Rusiya-Ukrayna arasında strategiyası necə olacaq? – İsmayıl Cingözün RƏYİNDƏ – ÖZƏL
19:00 28.03.2024
Taksilərdə videokameralar quraşdırılacaq - BU TARİXDƏN
18:20 28.03.2024
AMADA-nın əməkdaşı WADA-nın vebinarında iştirak edib
18:08 28.03.2024
İki ali məktəbə prorektor təyin edilib
17:55 28.03.2024
Azərbaycanda icbari sığorta üzrə daxilolmalar azalıb
17:50 28.03.2024
Əməkdar artist Rahib Əliyev vəfat edib
Əməkdar artist Rahib Əliyev vəfat edib
17:39 28.03.2024
Azərbaycanda taksilər üçün POS-terminal tələbi qoyulub
17:35 28.03.2024
BAMF-ın daxilində Müstəqil Həmkarlar İttifaqı yaradıldı - QHT sektorunda İLK - FOTOLAR
17:33 28.03.2024
Bayram günlərində baş vermiş qəzalarda ölənlərin sayı AÇIQLANDI
17:23 28.03.2024
Azərbaycanda əlillərə məxsus avtomobillərlə taksi fəaliyyəti göstərmək qadağan edilir
17:10 28.03.2024
Şadlıq saraylarında menyular bahalaşdı - QİYMƏTLƏR
16:59 28.03.2024
CAR lideri Prezident İlham Əliyevi təbrik edib
16:49 28.03.2024
Taksilərə qoyulan rəng tələbinə aydınlıq gətirilib
Taksilərə qoyulan rəng tələbinə aydınlıq gətirilib
16:41 28.03.2024
Qurban Qurbanov Elvin Cəfərquliyevi CƏRİMƏLƏDİ - SƏBƏB
Qurban Qurbanov Elvin Cəfərquliyevi CƏRİMƏLƏDİ - SƏBƏB
16:22 28.03.2024
Bakıda ucuz avtomobillər satışa çıxarılacaq
16:16 28.03.2024
Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaq
16:11 28.03.2024
Peşə ixtisasını təsdiq edən sənədin verilməsi qaydası dəyişdirilib
16:07 28.03.2024
Azərbaycanda bank AMB-nin tələblərini pozub
16:00 28.03.2024
Tunisdə təqsirli bilinən 4 nəfər ölüm cəzasına məhkum edilib
Tunisdə təqsirli bilinən 4 nəfər ölüm cəzasına məhkum edilib
15:53 28.03.2024
Hamısı