İranın Şəhid Behişti adına Universitetində koronavirusa qarşı dərman istehsal edildiyi bildirilib.
EdNews-un məlumatına görə, universitetin yayımladığı açıqlamada qeyd olunub ki, artıq universitetin əczaçılıq fakültəsi tərəfindən istehsal olunan "Favipiravir” dərmanı təsdiqlənmiş protokol əsasında xəstələrə tətbiq olunub və müsbət təsir göstərib.
Məlumatda o da bildirilib ki, koronavirusla mübarizə qərargahı araşdırmaların nəticəsini təsdiqləyərsə, dərmanın ölkə daxilində istehsalına başlanacaq.(apa)