İtaliyanın Biella bölgəsində yaşayan 104 yaşlı Ada Zanussa adlı qadın koronavirusa qalib gəlməyi bacarıb.
O, 1918-1920-ci illərdə ortaya çıxan "ispan qripi"ndən də sağ qurtulmağı bacarıbmış.
EdNews xəbər verir ki, qocalar evində yaşayan qadın qusma, hərarət və nəfəs darlığı şikayətləri ilə martın 17-də xəstəxanaya yerləşdirilmiş və onun koronavirus testləri pozitiv çıxmışdı. Onunla yaşadığı qocalar evində 20 nəfər virusdan ölsə də, Zanussa koronavirusdan sağalan ən yaşlı xəstə olmuşdu.
Qeyd edək ki, "ispan qripi" ilk dəfə 1918-ci ildə ABŞ-da yaranmış, dünyada 500 milyon insanın ölümünə səbəb olmuşdu. Koronavirusdan fərqli olaraq bu qrip daha çox sağlam və gənc insanları hədəf almışdı.(sondakika.com)