Nyu-Yorkda yerləşən Müqəddəs İohann kilsəsi koronavirusdan müalicə olunanxəstələrin ixtiyarına veriləcək.
EdNews xəbər verir ki, bu barədə "New York Times” nəşri dərc edib.
Nyu-York ABŞ-da koronavirus pandemiyasının mərkəzi hesab olunur. Burada 130 min şəxsdəCOVID-19 aşkarlanıb, ölənlərin sayı isə 4700 nəfərə çatıb.
Kilsənin baş keşişi vurğulayıb ki, kilsəvəba epidemiyası zamanı olduğu kimixəstələriqəbul etməyə hazırdır və bu, yeni təcrübə deyil./oxu.az