BMT Təhlükəsizlik Şurası ilk dəfə COVID-19-u müzakirə edəcək | Eurasia Diary - ednews.net

25 May, Bazar ertəsi


BMT Təhlükəsizlik Şurası ilk dəfə COVID-19-u müzakirə edəcək

Dünya A- A A+

Koronavirus epidemiyasına qarşı heç bir tədbir görmədiyi üçün tənqid olunan BMT-nin Təhlükəsizlik Şurası (TŞ) aprelin 8-də videokonfrans formasında keçiriləcək qapalı iclasda COVID-19-u müzakirə edəcək.

EdNews "Anadolu” agentliyinə istinadən  xəbər verir ki, BMT-nin baş katibi Antonio Quterreşin epidemiyanın beynəlxalq sülhə və təhlükəsizliyə təhdid olması barədə xəbərdarlıqlarına və İkinci Dünya müharibəsindən bəri baş verən ən çətin böhran olduğuna baxmayaraq, TəşkilatınTəhlükəsizlik Şurası uzun müddət koronavirusla bağlı addım atmayıb.

BMT Baş Məclisinin 10 seçilmiş müvəqqəti üzvü şuraya çağırılsa da, diplomatik mənbələr tənqid və ittihamların diqqət mərkəzində olmaqdan narahatlıq keçirən Çinin toplanmaq fikrinə müsbət baxmadığını bildirib.

Diplomatlar ABŞ-ın COVID-19-a "Çin virusu” deməsi səbəbindən Çin və Rusiyanın BMT TŞ-dəkoronavirusun müzakirəsinə etiraz etdiyini vurğulayıblar.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...