Britaniya Baş Nazirinə pnevmoniya diaqnozu qoyulmayıb | Eurasia Diary - ednews.net

28 May, Cümə axşamı


Britaniya Baş Nazirinə pnevmoniya diaqnozu qoyulmayıb

Dünya A- A A+

"Baş Nazir Boris Conson süni tənəffüs aparatına qoşulmayıb, o, özü nəfəs alır. Həkimlər ona pnevmoniya diaqnozu qoymayıb".

EdNews-un  "Sky News"a istinadən verdiyi xəbərə görə, bu barədə Baş Nazirin sözçüsü bildirib.

O deyib ki, gecəboyu Baş Nazirin vəziyyəti stabil olub, əhvalı yaxşıdır.

Baş Nazirin sözçüsü B. Consonun mərkəzi Londonda yerləşən "Müqəddəs Tomas" xəstəxanasının reanimasiya şöbəsində olduğunu qeyd edib.

Xatırladaq ki, B. Conson aprelin 5-də müayinə üçün xəstəxanaya müraciət edib, aprelin 6-da isə onun koronavirus simptomları kəskinləşdiyi üçün reanimasiya şöbəsinə yerləşdirilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...