ESCAP pandemiya ilə mübarizədə yeni iqtisadiyyata keçməyə çağırıb | Eurasia Diary - ednews.net

4 İyun, Cümə axşamı


ESCAP pandemiya ilə mübarizədə yeni iqtisadiyyata keçməyə çağırıb

Dünya A- A A+

ESCAP, COVID-19 koronavirus pandemiyasının qarşısını almaq üçün xərcləri artırmağa və iqlim dəyişikliyi ilə əlaqədar fövqəladə halların aradan qaldırılması üçün daha az karbon tullantılarına malik iqtisadiyyata keçməyə çağırır.

Yeni növ koronavirus infeksiyası olan COVID-19, Asiya-Sakit okean regionu üçün dərin iqtisadi və sosial nəticələrə və ticarət, turizm və maliyyə əlaqələri ilə güclü transsərhəd yan təsirlərə səbəb olub. EDNews.net xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Asiya və Sakit Okean İqtisadi və Sosial Komissiyasının (ESCAP) bu gün nəşr olunan yeni hesabatında bildirilir.

2020-ci ildə Asiya-Sakit Okean bölgəsindəki iqtisadi və sosial vəziyyətə dair Araşdırmada, COVID-19 pandemiyası mövcud iqtisadi geriləməni artırmaqla bölgənin iqtisadi perspektivləri üçün birbaşa risk kimi təsvir edilmişdir. Pandemiya ilə əlaqədar qeyri-müəyyənliyə rəğmən, çox ciddi mənfi nəticələr ola bilər.

Hökumətlərin səhiyyədə görünməmiş bir böhrana reaksiya verməsi və iqtisadi stimullaşdırıcı paketlər tətbiq etməsi fonunda, hesabat Asiya-Sakit Okean bölgəsində inkişaf etməkdə olan ölkələrin səhiyyə ilə əlaqədar fövqəladə halların aradan qaldırılması üçün xərclərini ildə 880 milyon dollaradək artırmalı olduqlarını müəyyən edib. Araşdırmada, həmçinin Asiya-Sakit Okean bölgəsindəki ölkələri gələcəkdə də fövqəladə halların aradan qaldırılması üçün regional fond yaratmağı nəzərdən keçirməyə çağırır.

ESCAP hesabatı göstərir ki, COVID-19 koronavirus pandemiyasından sonra siyasətçilər bölgənin iqtisadi sağlamlığını qorumaq üçün yumşaldıcı makroiqtisadi siyasət yürütməyə davam etməlidirlər. Maliyyə və pul siyasəti zərər çəkmiş müəssisələri və ev təsərrüfatlarını dəstəkləməyə və "iqtisadi epidemiya"nın qarşısını almağa yönəldilməlidir. Büdcə xərcləri, tibb işçilərinin pandemiyanın yayılmasına nəzarət etmək, yoluxmuş insanlara qayğı göstərmək və səhiyyə ilə bağlı fövqəladə hallara hazırlıq qabiliyyətini artırmaqda da mühüm rol oynaya bilər.

Eyni zamanda, ölkələr bu çətin dövrlərdə fürsətdən istifadə edərək daha inklüziv, dayanıqlı və planetə faydalı olan iqtisadiyyat qurmaq üçün iqtisadi inkişaf strategiyalarını yenidən nəzərdən keçirməlidirlər. Bölgə ölkələri yalnız səhiyyə sahəsindəki bir böhranı deyil, həm də davamlı və pandemiyadan daha böyük fəlakətə səbəb olacaq iqlimlə bağlı bir fövqəladə vəziyyət yaşayır.

“Siyasətçilər insanları və planeti diqqətdə saxlamalıdırlar. İqtisadi təşviq paketlərini hazırlamaq məsələsinə gəldikdə, verilən hər bir qərar sosial inklüzivlik və ekoloji dayanıqlılıq prinsiplərinə əsaslanmalıdır", deyə Birləşmiş Millətlər Təşkilatının Baş katibinin müavini və ESCAP-ın İcraçı katibi Armida Salsia Alishahbana bildirib.

ESCAP-ın hesabatında bölgədəki onilliklər ərzində yüksək iqtisadi artım gəlir və imkanlardakı artan bərabərsizlik səbəbilə mövcud və gələcək nəsillərin rifahına təhdid yaradaraq planet üçün fəlakətli nəticələrə gətirib çıxarır. Qeyri-sabit istehlak və istehsal nümunələri istixana qazı tullantılarının əhəmiyyətli dərəcədə artmasına səbəb olmaqla bölgənin iqlim dəyişikliyinə həssaslığını artırdı. Bundan əlavə, ildə 240 milyard dollar həcmində ayrılan subsidiyalar bölgənin yanacaq növlərindən güclü asılılığını artırmağa davam edir.

Hesabatda əlverişli siyasətlə dəstəklənəcək ekoloji cəhətdən daha təmiz istehsal və daha az resurs tələb edən həyat tərzini əhatə edən istehlak və istehsalın daha dayanıqlı iqtisadi modelinə keçidə çağırış yer alır. Bu, bütün maraqlı tərəflərdən, xüsusən hökumətlərdən, iş adamlarından və istehlakçılardan təcili olaraq öz məqsəd və hərəkətlərini Dayanıqlı İnkişaf üçün 2030 Gündəliyinə uyğunlaşdırmasını tələb edəcək.

Hesabat iqlimlə bağlı yaranmış fövqəladə problemlərin aradan qaldırılması üçün tədbirləri gücləndirmək məqsədi ilə regional əməkdaşlığı gücləndirməyə çağırır. Hökumətlər iqlimlə bağlı standartların, karbon tullantılarının qiymətləndirilməsi və davamlı regional istehlak və istehsal nümunələrini işləyib hazırlamaq üçün səylərini artırmalıdır.

1947-ci ildən bəri hər il nəşr olunan "Asiya-Sakit Okean bölgəsindəki iqtisadi və sosial vəziyyətin icmalı" Birləşmiş Millətlər Təşkilatının bölgədəki tərəqqi barədə ən qədim hesabatlarından biridir. Hesabat, Asiya-Sakit Okean bölgəsində hamıya bərabər imkanların verilməsinin və davamlı inkişafın dəstəklənməsi üçün cari və yeni sosial-iqtisadi məsələlər və siyasi çağırışlar mövzusunda siyasi müzakirələrdə əsaslacaq analitik materialları təqdim edir.

"2020-ci il üçün Asiya-Sakit Okean Regionundakı iqtisadi və sosial vəziyyətin icmalı"nın tam mətni ilə BURADAN tanış ola bilərsiniz.

EDNews.net

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...