Trampdan gözlənilməz qərar: - 1 həftə əvvəl təyin olunan komitə sədrini işdən qovdu | Eurasia Diary - ednews.net

4 İyun, Cümə axşamı


Trampdan gözlənilməz qərar: - 1 həftə əvvəl təyin olunan komitə sədrini işdən qovdu

Dünya A- A A+

ABŞ prezidenti Donald Tramp Pandemiya ilə Mübarizəyə Nəzarət Komitəsinin rəhbəri Qleyn Faynı vəzifəsindən azad edib.

Fayn ötən həftə federal agentliklərin baş müfəttişləri tərəfindən komitəyə rəhbər təyin edilmişdi.

"Ağ ev” rəhbəri Faynın vəzifədən uzaqlaşdırılmasına dair heç bir səbəb göstərməyib.

Qeyd edək ki, Tramp koronavirusla mübarizəyə 2 trilyon dollar vəsait ayırıb.

Maliyyə dəstəyi paketinin xərclənməsinə nəzarət isə Pandemiya ilə Mübarizəyə Nəzarət Komitəsinə tapşırılıb.(publika.az)

EDNews

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...