Fransalı həkimlərin irqçi təklifi rədd edildi | Eurasia Diary - ednews.net

4 İyun, Cümə axşamı


Fransalı həkimlərin irqçi təklifi rədd edildi

Dünya A- A A+

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fransalı həkimlərin koronavirus əleyhinə vaksini Afrikada sınaqdan keçirmək təklifini irqçilik kimi qiymətləndirib.

EDNews.net xəbər verir ki, ORF Avstriya radio verilişləri yayım şirkətitərəfindən dərc edilib.

Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adanom Qebreisus bildirib ki, belə irqçi fikirlər müsbət nəticələrə gətirib çıxara bilməz və dünyanın həmrəylik ruhuna ziddir.

Efiopiyanın sabiq səhiyyə naziri fransalı alimlərin təklifini "müstəmləkə mentalitetinin qalığı” adlandırıb.

Qeyd edək ki, Fransanın nüfuzlu həkimləri LCI telekanalında koronavirusla bağlı müzakirə zamanı koronavirus peyvəndinin və dərmanlarının Afrikada sınaqdan keçirilməsini təklif ediblər.

EDNews

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...