Zelenski xalqa müraciət etdi: - “Dondurma yeməsinə qadağa qoyulmuş uşaq kimi küsməyin” | Eurasia Diary - ednews.net

1 İyun, Bazar ertəsi


Zelenski xalqa müraciət etdi: - “Dondurma yeməsinə qadağa qoyulmuş uşaq kimi küsməyin”

Dünya A- A A+

Ukrayna Prezidenti Vladimir Zelenski sosial şəbəkə vasitəsilə video yayımlayaraq, xalqa müraciət edib.

EDNews.net xəbər verir ki, bu barədə "Hürriyet” nəşri məlumat yayıb.

Zelenski əhali arasında karantin məhdudiyyətləri və görülən təbdirlərlə bağlı şikayətlərin artması məsələsinə toxunub:

"Xəstələndiyi zaman dondurma yeməsinə qadağa qoyulmuş uşaq kimi küsməyin. Səhərdən axşama qədər eyni şeyləri etmək, eyni şeyləri danışmaq və düşünmək çox darıxdırıcıdır. Sizi anlayıram, çünki mən də eyni vəziyyətdəyəm. Görülən tədbirlər düşündüyünüz qədər sərt deyil. Bu tədbirlər sizin sağlamlığınız üçündür”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...