Serbiya Prezidentinin oğlu koronavirusa yoluxdu | Eurasia Diary - ednews.net

31 May,


Serbiya Prezidentinin oğlu koronavirusa yoluxdu

Dünya A- A A+

Serbiya Prezidenti Aleksandr Vuçiç bildirib ki, onun oğlu koronavirus xəstəsidir.

EDNews.net bildirir ki, bu barədə dövlət başçısı özünün “Instagram”dakı rəsmi hesabında yazıb.

"Nə vaxt ki, bütün bunlar başlandı, mənim Danilom dedi ki, təslim olmaq variant deyil. Mənim birinci övladım koronavirusa yoluxub, onu yoluxucu xəstəxanaya qəbul etdilər. Oğul, sən buna qalib gələcəksən. Ata səni sevir və hamı səni sevir”, - deyə Vuçiç öz hesabında yazıb.

Dövlət başçısı paylaşıma gənc oğlunun fotosunu da əlavə edib.

Xatırladaq ki, Serbiyada koronavirusa 2 666 nəfər yoluxub, pandemiya qurbanlarının sayı isə 65 nəfərə çatıb.

 

EDNews.net

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...