Amerikalı ekspert - "İrqçilik Qərbin Afrikadakı köklü siyasətidir" | Eurasia Diary - ednews.net

31 May,


Amerikalı ekspert - "İrqçilik Qərbin Afrikadakı köklü siyasətidir"

Tanınmış milyarder Bill Gates səhra xalqını test laboratoriyasına çevirir

Dünya A- A A+

Dünya şöhrətli milyarder, iş adamı Bill Gates COVID-19-un yeni vaksinini kəşf etdiyini bildirib. Onun sözlərinə görə bu vaksinin ilk yoxlaması Afrikada qaradərili insanların üzərində keçiriləcək. 

“Afrikada yoluxanların sayı İtaliyadakı qədər olmadığı üçün bu vaksinin orda testdən keçirilməsini uyğun görürəm,” deyə Gates bildirib. 

Qeyd edək ki, onun bu sözləri dünya ictimiyyətinin ciddi narazılığına səbəb olub. 

Amerikalı xeyriyyəçi, “Microsoft”-un yarı sahibkarı olan Uiliam Henri Gates həmin vaksinin hazır olduğunu və onun Afrikada insanların üzərində testdən keçirilməsi üçün oranın rəhbər vəzifəli şəxslərinə təklif olunduğunu Amerikanın “DailyShaw” verlişində deyib.    

"İnkişaf etməkdə olan ölkələrdə bunu tətbiq etmək çox çətindir. Xüsusilə bu tədbirləri Hindistan və Nigeriya kimi əhalisi sıx oln yerlərdə təşkil etmək bir çox maneələrlə üzləşmyə səbəb olur. Mən bu gün Cənubi Afrika Respublikasının təkcə prezidenti deyil, hətta bütovlükdə Afrika Birliyinin rəhbəri olan Ramafosa ilə danışırdım. O Afrikada güclü bir nüfuza sahibdir və insanları COVID-19-un yarım səhrada az yayıldığı təqdirdə belə, bu vaksinin sürətli təşviqində bizə yardım edə bilər.”

Onun bu çıxışından sonra bir çox Afrika xalqı tüitter postlarda bu kimi təklifi kəskin tənqid edərək onu irqçilikdə ittiham ediblər. Hımin tüitter səhifələrindən birində deyilir: - “Bill Gates nə zamandan bəri alim oldu?! Bizim bu vaksinə ehtiyacımız yoxdur, həyatımızla oynamayın!”

Tanınmış Amrikalı ekspert Denis Etler də Bill Gates-in bu addımını irqçilik adlandıraraq tənqid edib. 

“Bill Gates və onun xeyriyyə vəqfi QİDS xəstəliyinə qarşı Afrikada çox işlər görüb. Lakin bu gün o, “ağ adamların yükünü” koloniyalardakı insanların zehniyyətini işğal edərək azaltmağa çalışır” deyə D.Etler EDNews.net-ə belə dedi. 

Onun fikirlərinə görə Qərbin Afrikadakı insanlara QİDS xəstəliyi ilə mübarizədə yardımı sadəcə bir siyasi pərdə rolunu oynayır. O deyir ki, Neo-müstəmləkəçilik, ABŞ imperializmi və neoliberal müdaxiləçilik Afrikanın sosial, iqtisadi və siyasi inkişafına hər zaman təsir göstərib.  

Amerikalı ekspert hesab etdi ki, Afrika Qərb üçün əlverişli bir sınaq laboratoriyasıdır. Onun sözlərinə görə, Afrikaya Qərb yanaşması irqçiliyə və Afrikanın təbii sərvətlərinin istismarına əsaslanır.

"İrqçilik Qərbin Afrikadakı köklü siyasətidir. Qərb Afrikanı var-dövləti üçün istismar edir və sonra onu hələ 1890-cı illərdən bəri quldur baronlarının və kapitalist mogullarının kirli üsulu olan “xeyriyyəçilik” adı ilə yuyub ağardır,” deyə Etler belə ifadə etdi. 

 

Yunus Abdullayev

Elnur Ənvəroğlu

 

 

EDNews.net

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...