İranda koronavirusdan ölənlərin sayı 4,1 mini ötdü | Eurasia Diary - ednews.net

25 May, Bazar ertəsi


İranda koronavirusdan ölənlərin sayı 4,1 mini ötdü

Dünya A- A A+

İranda daha 117 nəfər koronavirusun qurbanı olub.

EDNews.net  xəbər verir ki, İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur ölkədə infeksiyadan ölənlərin sayının 4 110 nəfər olduğunu açıqlayıb.

O bildirib ki, daha 1 684 nəfərdə koronavirus aşkarlanıb və bununla da virus daşıyıcılarının sayı 66 220 nəfərə çatıb.

K.Cahanpur həmçinin 32 309 nəfərin koronavirusdan sağalaraq xəstəxanalardan buraxıldığını da vurğulayıb.

Eyni zamanda İran Səhiyyə Nazirliyinin sözçüsü 3 918 pasiyentin vəziyyətinin ağır olduğunu söyləyib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...