“Türk Şurasının fövqəladə Zirvə görüşü koronavirusla mübarizədə aramızdakı həmrəyliyi gücləndirəcək” - Rəcəb Tayyib Ərdoğan | Eurasia Diary - ednews.net

4 İyun, Cümə axşamı


“Türk Şurasının fövqəladə Zirvə görüşü koronavirusla mübarizədə aramızdakı həmrəyliyi gücləndirəcək” - Rəcəb Tayyib Ərdoğan

Dünya A- A A+

“Bu gün gözə görünməz düşmənə qarşı çətin savaş aparırıq”.

EDNews.net-in məlumatına görə, bunu Türk Şurasının videokonfrans vasitəsilə keçirilən fövqəladə Zirvə görüşündə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

R. T. Ərdoğan bildirib ki, pandemiyanın təsiri nəticəsində qlobal miqyasda sosial-iqtisadi böhranla üz-üzəyik.

O qeyd edib ki, Türk Şurasının fövqəladə Zirvə görüşü koronavirus pandemiyası ilə mübarizədə aramızdakı həmrəyliyi gücləndirəcək: “Allahın izni ilə Türk Dünyası olaraq bu sıxıntılı durumdan da güclənərək çıxacağımıza bütün qəlbimlə inanıram. Pandemiya ilə əlaqədar həyatını itirən qardaşlarımıza Allahdan rəhmət, yaxınlarına başsağlığı, xəstələrimizə tezliklə şəfa diləyirəm”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...