Qırğız Respublikasında son sutkada daha 18 nəfər koronavirusa yoluxub.
EDNews.net “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin Operativ Qərargah məlumat açıqlayıb.
Qərargah rəsmisi, son sutkada Oş vilayətinin Nookat xəstəxanasında 87 yaşlı kişinin öldüyünü, ölkədə virusdan ölənlərin sayının 5-ə çatdığını bildirib.
Qırğız Respublikasında qeydə alınan koronavirusa yoluxma hallarının sayı ümumilikdə 298-ə yüksəlib. Onlardan 34 nəfəri həkimdir.
Qırğız Respublikasında martın 22-dən fövqəladə vəziyyət elan edilib.(realtv.az)