Fransa, Özbəkistanın keçmiş lideri İslam Kərimovun qızının 10 milyon dollar dəyərində mal varlığını Özbəkistana geri qaytardı.
Keçmiş prezidentin qızı Gülnara Kərimova üç il əvvəl korrupsiya, çirkli pulların yuyulması və sənədlərin saxtalaşdırılması kimi cinayətlərə görə məhkum edilmişdi.
Özbək rəsmiləri Kərimovanın qeyri-qanuni yolla əldə etdiyi və xaricdə olan 1,3 milyard dollarlıq sərvətini geri qaytarmaq üçün çalışırlar. Bir müddət əvvəl Özbəkistan Ədliyyə Nazirliyi Fransa dövlətinin xəzinəyə 10 milyon dollar köçürdüyünü bildirsə də, ödəniş üsulu barədə heç bir məlumat verilməyib.
Ötən il İsveçrə də, Kərimovanın Özbəkistandakı bank hesabındakı 130 milyon dolları qaytardı. 2016-cı ildə vəfat edən eks-lider İslam Kərimovun böyük qızı, atasının 27 illik hakimiyyəti dövründə ölkədə ən güclü adlardan biri kimi tanınırdı. Keçmiş diplomat, 2017-ci ildə korrupsiyada ittiham olunan Kərimovanın 10 illik cəzası sonradan 5 il ev dustaqlığı ilə əvəz edildi.
Lakin keçən il qaydaları pozduğuna görə dəmir barmaqlıqlar arxasına göndərilən Kərimovanın cəzası iki ay əvvəl 13 il artırıldı.
Bir müddət müğənni kimi də işləyən Kərimova 1 milyard avrodan çox əmlakını geri qaytardığını söylədi və Özbək xalqından amnistiya istədi.
Gülnarə Kərimovanın 12 ölkədə qanunsuz olaraq, maliyyələşdirildiyi təxmin edilir.(Euronews)