BMT əməkdaşları arasında koronavirusa yoluxanların sayı 520 nəfərə çatıb.
EDNews.net xəbər verir ki, bu barədə BMT Baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik bildirib.
“Bu günə olan məlumata görə, BMT-nin 7 əməkdaşı koronavirusdan dünyasını dəyişib. Amerikada təşkilatın 147 əməkdaşında COVİD-19 aşkarlanıb”, - Düjarrik deyib.