ÜST dünya qarşısında cavab verəcək - BMT ARAŞDIRMA APARIR | Eurasia Diary - ednews.net

25 May, Bazar ertəsi


ÜST dünya qarşısında cavab verəcək - BMT ARAŞDIRMA APARIR

Dünya A- A A+

Birləşmiş Millətlər Təşkilatının (BMT) 194 üzv dövləti Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) koronavirus pandemiyası ilə bağlı fəaliyyəti mövzusunda araşdırma aparılmasına qərar verib.

Dünya miqyasında Covid-19-la mübarizənin davam etdiyi bir dövrdə ÜST-ün pandemiyaya qarşı gördüyü tədbirlər beynəlxalq ictimaiyyət arasında mübahisə və müzakirələrə səbəb olub. Belə ki, ÜST bu istiqamətdə fəaliyyətsizlikdə belə ittiham olunub. Bu səbəbdən bu gün İsveçrənin Cenevrə şəhərində keçirilən ÜST-ün illik toplantısına BMT ölkələri də qatılıb. Onlar virusun qaynağı və insandan insana necə yoluxması mövzusunda beynəlxalq araşdırmanın başladılmasına qərar veriblər.

BMT-yə üzv ölkələrin araşdırma tələbinə ÜST-ün baş direktoru Tedros Adhanom Qebreyesus müsbət cavab verib.

Araşdırmanın başlayacağı tarix isə açıqlanmayıb.(publika.az)

EDNews.net

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...