Donbasda Ukraynanın polkovniki öldürüldü | Eurasia Diary - ednews.net

25 May, Bazar ertəsi


Donbasda Ukraynanın polkovniki öldürüldü

Dünya A- A A+

Ukraynanın Donbas bölgəsinin Luqansk vilayətində döyüş tapşırığını yerinə yetirərkən polis patrul xidmətinin xüsusi təyinatlı “Luqansk-1” taborunun komandiri, polkovnik Sergey Qubanov həlak olub.

EDNews.net  xəbər verir ki, bunu Luqansk Vilayət Polisi açıqlayıb.

Məlumata görə, S.Qubanovla birgə hərəkət edən 3 silahdaşı qəlpə yarası alıblar.

Hadisənin hansı şəraitdə baş verdiyi araşdırılır.

Qeyd edək ki, daha öncə separatçı “Luqansk Xalq Respublikası”nın başçısı Leonid Paseçnik Ukraynanı yeni hücumla təhdid etmişdi.

Xatırladaq ki, 2014-cü ildə Rusiyanın Krımı ilhaq etməsindən sonra Ukraynanın Donbas bölgəsində hərbi əməliyyatlar başlayıb. Nəticədə Donetsk və Luqansk vilayətləri separatçıların nəzarətinə keçib. Döyüşlər Ukraynanın Silahlı Qüvvələri və Rusiyanın dəstəklədiyi qondarma Donetsk və Luqansk respublikalarının silahlıları arasında gedir. Rəsmi Moskva döyüşlərdə iştirakının olması ittihamını rədd edir. Azərbaycan daxil olmaqla, BMT üzvlərinin mütləq əksəriyyəti Krımı Ukraynanın ərazisi olaraq tanıyır.(azərbaycan24)

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...