Çində vəhşi heyvanları ovlamaq və yemək qadağan edildi | Eurasia Diary - ednews.net

23 Sentyabr, Çərşənbə


Çində vəhşi heyvanları ovlamaq və yemək qadağan edildi

Dünya A- A A+

COVİD-19-un ortaya çıxdığı Çinin Uhan şəhərində vəhşi heyvan ticarətinin qadağan edilməsindən sonra onların ovlanmaması və yeyilməməsi ilə bağlı da qərar verilib.

EDNews.net  Teleqraf.com-a istinadla xəbər verir ki, Uhanda balıq çeşidləri daxil olmaqla, bütün vəhşi heyvanların (Qəfəslərdə xüsusi qulluq olunanlar daxil) istehlakı qadağan edilib.

Qeyd edək ki, yeni növ koronavirusun kökünün haradan gəldiyi konkret müəyyən edilməyib. Amma böyük ehtimalla yeni virusun yarasadan ortaya çıxdığı və ondan digər vəhşi heyvana, sonra isə insana keçdiyi bildirilir.

Xatırladaq ki, virusun ötən ilin dekabr ayında ortaya çıxmasından sonra Çin yanvarda bütün vəhşi heyvan ticarətini dayandırmışdı. Lakin Çin və başqa ölkə bazarlarında vəhşi heyvan ətlərinin satılması haqda xəbərlər də yayılır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...