Yaponiya Baş naziri istefa verməkdən imtina etdi | Eurasia Diary - ednews.net

26 May, Çərşənbə axşamı


Yaponiya Baş naziri istefa verməkdən imtina etdi

Dünya A- A A+

Yaponiyanın Baş naziri Sindzo Abe Tokio prokuroru Hiroma Kurokavanın qalmaqallı istefasına baxmayaraq, vəzifəsindən ayrılmaq niyyətində olmadığını açıqlayıb.

EDNews.net bildirir ki, hökumət başçısı müvafiq bəyanatla bu gün Yaponiya parlamentinin aşağı palatasının komitə iclasında çıxış edib.

“Üzərimdə yeni növ koronavirusun yayılmasının qarşısını almaq, vətəndaşların həyatını və sağlamlığını qorumaq, eləcə də şirkətlərin fəaliyyətinin davamlılığını təmin etmək missiyası var”, – S.Abe deyib.

Qeyd edək ki, daha əvvəl parlament iclası zamanı müxalif deputatlar prokurorun hərəkətlərinə görə baş nazir Abe və Ədliyyə naziri Masako Morinin heç bir məsuliyyətə cəlb edilmədiklərinə görə hökumət başçısını tənqid etmişdilər.

H.Kurokawa mayın 21-də istefa verib və Yaponiya Nazirlər Kabineti dünən istefanı təsdiqləyib. İstefanın səbəbi koronavirus pandemiyası səbəbi ilə elan edilmiş ümummilli fövqəladə vəziyyət rejimi dövründə prokurorun qumar oynaması ilə bağlı qalmaqal olub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...