Braziliya koronavirusa yoluxma sayına görə Rusiyanı ötdü | Eurasia Diary - ednews.net

25 May, Bazar ertəsi


Braziliya koronavirusa yoluxma sayına görə Rusiyanı ötdü

Dünya A- A A+

Braziliya dünyada koronavirus infeksiyasına yoluxan ölkələrin siyahısında ikinci yerdə qərarlaşıb.

EDNews.net xəbər verir ki, beləliklə, bu göstəriciyə görə ölkə günlərdir ikinci yerdə olan Rusiyanı qabaqlayıb. Bunu Braziliya Səhiyyə Nazirliyinin saytında dərc olunan məlumatlar sübut edir.

Braziliyada təsdiqlənmiş koronavirus infeksiyasına yoluxma hallarının sayı 332 mindən çox təşkil edir. Son məlumatlara görə, ümumilikdə Rusiyada 326 mindən çox yoluxma hadisəsi aşkar edilib.

Son bir gündə Braziliyada 20 803 nəfər virusa yoluxub. Eyni zamanda Cənubi Amerika ölkəsində ölənlərin sayı gündə 1 492 nəfər artaraq 21 116-ya çatıb. Rusiyada 3 249 nəfər vəfat edib, 100 000-ə yaxın insan sağalıb.

Qeyd edək ki, ABŞ pandemiyaya yoluxma (1 645 353 nəfər) və ölüm (97 655 nəfər) sayına görə yenə də birinci yerdədir.(qafqazinfo)

EDNews.net

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...