ABŞ uyğur türklərinə görə Çinə sanksiya tətbiq etdi | Eurasia Diary - ednews.net

28 Oktyabr, Çərşənbə


ABŞ uyğur türklərinə görə Çinə sanksiya tətbiq etdi

Dünya A- A A+
ABŞ Senatı Sincan Uyğur Muxtar Bölgəsində uyğur türklərinə qarşı təzyiq siyasəti səbəbiylə Çin rəsmilərinə qarşı sanksiyalar haqqında qanun layihəsini hələ mayın 15-də təsdiqləmişdi. 
 
EDNews.net xəbər verir ki, ABŞ buna görə doqquz Çin təşkilatını sanksiya siyahısına salıb. Bu sanksiya çərçivəsində doqquz təşkilat ABŞ texnologiyalarına daxil olmaqda məhdudiyyətlərə məruz qalacaq. 
 
Sanksiyalara əsasən bu təşkilatlara ABŞ məhsullarını satın alma nöqtəsində sərt ixrac qaydaları tətbiq ediləcək. Adı çəkilən təşkilatlar insan haqlarını kobud şəkildə pozaraq Çində yaşayan uyğur türklərinə qarşı işgəncələr veriblər. ABŞ-ın Ticarət Departamenti Çinin 24 təşkilatının milli təhlükəsizlik və xarici siyasət maraqlarına uyğun olmayan hərəkətlərdə iştirak etdiyini bildirib. 
 
Qanun layihəsinin Nümayəndələr Palatasında səsverməyə çıxarılandan sonra Trampın təsdiq edəcəyi gözlənilir. (moderator.az)

EDNews.net

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...