Almaniyada koronavirusa bir gündə 431 yoluxma halı qeydə alınıb.
EDNews.net "RİA Novosti"-yə istinadən xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin strukturuna daxil olan və ölkədə COVID-19 xəstəliyinin statistikasını aparan Robert Kox institutu bildirib.
Qeyd edilir ki, ötən sutka ərzində ölkədə daha 31 insan virusdan ölüb.
İnstitutun məlumatına görə, AFR-də bütün pandemiya ərzində koronavirusa 178 281 yoluxma qeydə alınıb, ümumilikdə virusa yoluxmuş 8 247 pasiyent ölüb.
Ölkədə COVID-19-a ən çox yoluxma Bavariyada qeydə alınıb. Burada 46 206 nəfərin virusa yoluxması təsdiqlənib. Şimali Reyn-Vestfaliyada 37 223, Baden-Vürtemberqdə 34 399 nəfər koronavirus daşıyıcısıdır. Berlində virusa 6 637 yoluxma qeydə alınıb.(virtualaz.org)