İranda koronavirusdan ölənlərin sayı 7417 nəfərə çatıb | Eurasia Diary - ednews.net

6 İyul, Bazar ertəsi


İranda koronavirusdan ölənlərin sayı 7417 nəfərə çatıb

Dünya A- A A+

İranda son sutka ərzində yeni növ koronavirusdan (COVID-19) 58 nəfər vəfat edib.

EDNews.net  xəbər verir ki, bu barədə İran Səhiyyə Nazirliyi məlumat yayıb.

Bununla da İrandan koronavirusdan ölənlərin sayı 7417 nəfərə çatıb.

İranda son sutka ərzində koronavirusa 2180 yoluxma halı qeydə alınıb və indiyə kimi COVID-19-a yoluxanların ümumi sayı 135701 nəfərə çatıb.

İndiyədək xəstəlikdən 105801 nəfər sağalıb.

Hazırda virusa yoluxanlardan 2615 nəfərin vəziyyəti ağır və ya orta ağırdır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...