Avropa İttifaqı İspaniyanın xarici işlər naziri Arançi Gonsalez Layanın Ümumdünya Ticarət Təşkilatının (ÜTT) baş direktoru vəzifəsinə namizədliyini dəstəkləyəcək.
EDNews.net xəbər verir ki, bu barədə “Bloomberg” Almaniyanın “WirtschaftsWoche” jurnalına istinadən məlumat yayıb.
Brüsseldəki avropalı rəsmilərinin fikrincə, ABŞ-ın Avropa Komissiyasının keçmiş ticarət komisarı Sesil Malmströmun namizədliyinə dəstək verməməsi, onun ÜTT-nın baş direktoru vəzifəsinə namizəd kimi göstərilməyəcəyi deməkdir.
İspaniya hökuməti və Xarici İşlər Nazirliyi məlumatı hələ şərh etməyib.
Qeyd edək ki, Ümumdünya Ticarət Təşkilatının (ÜTT) baş direktoru Roberto Azevedo səlahiyyət müddəti gələn il başa çatsa da, bu ilin 31 avqust tarixində vəzifəsindən gedəcək.(report)