Yunanlar türk yaxtasına atəş açdı - Türkiyədən sərt açıqlama | Eurasia Diary - ednews.net

6 İyul, Bazar ertəsi


Yunanlar türk yaxtasına atəş açdı - Türkiyədən sərt açıqlama

Dünya A- A A+

Yunanıstan Sahil Mühafizə Xidmətinə məxsus katerlərin Türkiyə ərazi sularında bir yaxtaya atəş açdıqları məlum olub.

EDNews.net  Türkiyə mətbuatına istinadla xəbər verir ki, yaxtanın kapitanı Fərhad Koray Datça limanında Türkiyənin Sahil Mühafizə Xidmətinin əməkdaşlarına bununla bağlı şikayət edib.

Məlumata görə, cümə axşamı günü Aydın sahillərindən çıxaraq Muğlaya tərəf üzən Türkiyə yaxtasına müdaxilə edib:

“Əvvəlcə havaya xəbərdarlıq atəşi açaraq bizi Yunanıstan ərazi sularına girməyə məcbur etdilər. Amma biz Türkiyənin ərazi sularında üzürdük. Daha sonra səhər saatlarında bizə tərəf yaxınlaşan Yunanıstan sahil mühafizəçiləri tərəfindən ikinci dəfə atəşə məruz qaldıq”, - kapitan bildirib.

Türükiyənin Milli Müdafiə naziri Hulusi Akar məsələ ilə bağlı açıqlamasında Yunannıstan tərəfinin addımlarına sərt münasibət göstərib.

“Yaxşı qonşuluq münasibətləri məsələsində bütün səylərimizə, səbrimizə baxmayaraq, Egeydəki hərəkətlərinin izahı mümkün deyil”, - Akar bildirib.(modern.az)

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...