Monteneqro koronavirusa qalib gəlib | Eurasia Diary - ednews.net

6 İyul, Bazar ertəsi


Monteneqro koronavirusa qalib gəlib

Dünya A- A A+

“Monteneqro koronavirusa uğurla qalib gəlib, ölkədə qeydə alınmış yoluxma qalmayıb”.

EDNews.net-in  “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu ölkə başçısı Milo Cukanoviç özünün "Twitter" səhifəsində yazıb. 

Prezident uğurlu nəticənin Monteneqro dövlət orqanlarının və cəmiyyətin yüksək məsuliyyəti sayəsində əldə edildiyini vurğulayıb.

Monteneqronun İctimai Sağlıq İnstitutunun bazar günü verdiyi məlumatda ölkədə 68 gün ərzində ilk dəfə COVİD-19-a yoluxma qeydə alınmadığı, virusa yoluxmuş bütün xəstələrin sağaldığı deyilir. 

Monteneqro Səhiyyə Nazirliyi isə pandemiya başlayandan 324 nəfərin virusa yoluxduğunu, 9 vətəndaşın öldüyünü bildirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...