Bill Qeyts koronavirusa qarşı xüsusi vaksinə investisiya yatırdı | Eurasia Diary - ednews.net

8 İyul, Çərşənbə


Bill Qeyts koronavirusa qarşı xüsusi vaksinə investisiya yatırdı

Dünya A- A A+

“Maykrosoft” şirkətinin təsisçisi Bill Qeyts virusa qarşı vaksinin tapılması üçün ABŞ-ın biolotexnologiya firması “Novavaks”a 388 milyon dollar investisiya yatırıb.

EDNews.net xəbər verir ki, Bu barədə açıqlama yayan firma vaksinin tapılması məqsədilə araşdırmaların ilk mərhələsinə başladıqlarını bəyan edib.

“Novavaks” NVX-CoV2373 adını verilən vaksinin Avstraliyada 130 insan üzərində test ediləcəyini bildirib. İlk testlər müsbət nəticələr verərsə, ikinci mərhələdə dünyanın müxtəlif yerlərində fərqli yaş qrupları arasında sınaqlar keçiriləcək.

Firma insan üzərində keçirəcəkləri sınaqların ilkin nəticələrini iyun ayında əldə etməyi planlaşdırdıqlarını açıqlayıb.

“Novavaks”a investisiya yatıran təşkilat Bill Qeyts tərəfindən qurulan və Osloda fəaliyyət göstərən “Epidemiyaya Hazırlıq Koalisiyası”dır (CEPİ).

CEPİ-nin direktoru Riçard Hatçett bildirib ki, vaksinin etibarlı və təsirli olduğu sübut olunarsa, ehtiyacı olanlar üçün vaxt itirmədən istehsalına başlanacaq.(virtualorg.az)

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...