Dünyada yeni növ koronavirusa yoluxanların sayı 5 milyon 687 min 877 nəfərə çatıb.
EDNews.net bildirir ki, bu barədə "Worldometers" məlumat yayıb.
Bildirilir ki, virusdan ölənlərin sayı 352 min 265 nəfərdir. İndiyədək 2 milyon 431 min 754 nəfər xəstəlikdən sağalıb.
Xatırladaq ki, yoluxanların sayına görə Şimali və Cənubi Amerika bölgəsi birinci, Avropa ikinci, Şərqi Aralıq dənizi bölgəsi isə üçüncü yeri tutur.