Maldiv adalarında turistlər üçün yeni QAYDALAR | Eurasia Diary - ednews.net

7 İyul, Çərşənbə axşamı


Maldiv adalarında turistlər üçün yeni QAYDALAR

Dünya A- A A+

Maldiv adalarında turistlərin qəbulu üçün yeni qaydalar hazırlanıb.

EDNews.net  xəbər verir ki, bu barədə ATOR xəbəryayır.

Bildirilir ki, iyun ayında ölkə super yaxtalar və şəxsi təyyarələr üçün açıq olacaq. Şəxsi təyyarənin eniş qiyməti50 min dollardır. Yaxtadan gələn gəlirin isə 10 min dollar olduğu bildirilir.

İyun ayında Maldiv adaları kommersiya uçuşlarını qəbul etməyə başlayacaq. Həmin dövrdə adalara səyahət edəcək turistlər COVID-19 testindən keçiriləcək.

Turistlər yalnız yeni tipli xüsusi kurort lisenziyası olan hotellərdə istirahət edə biləcəklər. Lisenziya müəyyən tələblərə cavab verən hotellərə verilir.

Beləliklə, lisenziyalı kurortlar qonaqları mümkün qədər təcrid etmək üçün otaqların 10 faizini ehtiyata qoymalı və karantin rejiminə keçməyə hazır olmalıdırlar.

Heyətdə şəxsi qoruyucu vasitələrdən istifadə edilməli, sosial məsafə və dezinfeksiya qaydalarına əməl olunmalıdır.

Səyahətə gələnlərin işçilərlə əlaqəsi minimuma endirilməli, ünsiyyət zamanı ən azı bir metr məsafə saxlanılmalıdır.

Adalara səyahət təyyarələr və gəmilər arasında nəqliyyat üçün təhlükəsizlik standartına uyğun hazırlanmışpolis nəzarəti ilə təmin ediləcək. Transfer zamanı bütün sərnişinlər maska taxmalı və uçuş zamanı bir metr məsafəni gözləməlidirlər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...