ABŞ uyğur türkləri ilə bağlı qərar verdi - Çinə sanksiyalar tətbiq olunacaq | Eurasia Diary - ednews.net

11 İyul, Şənbə


ABŞ uyğur türkləri ilə bağlı qərar verdi - Çinə sanksiyalar tətbiq olunacaq

Dünya A- A A+

Çin ABŞ Konqresinin Nümayəndələr Palatası Çinin Sincan Uyğur Muxtar Rayonu və digər ərazilərdə uyğurları, digər milli və dini azlıqları sıxışdırmaqda ittiham edən qanun qəbul edib.

EDNews.net xarici KİV-ə istinadən xəbər verir ki, qanun Çinin yüksək vəzifəli şəxslərinə qarşı sanksiyalar tətbiq etməyə imkan verəcək.

“Bu gün biz elan edirik ki, uyğurların tərəfindəyik və istismar olunan hər bir kəsin yanındayıq”-deyə konqresmen Bred Şerman açıqlama verib.

ABŞ Çinin 1 milyondan artıq uyğur türkünü islah-əmək düşərgələrində saxladığını açıqlayıb. Sayları 10 milyondan çox olan müsəlman uyğurlar Çində terrorizmlə əlaqəli olduqları ittihamı ilə repressiyalara məruz qalır. 

EDNews.net

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...