Amerikanın nüfuzlu jurnalı Ermənistanın işğalçı siyasətindən yazdı

Dünya 14:37 28.05.2020
Amerika QHT-ləri Azərbaycan və İsrail əleyhinə işləyir və bu fəaliyyətlərinə görə ciddi vəsait əldə edirlər.
 
EDNews.net  xəbər verir ki, bu barədə nüfuzlu "Newsweek" nəşrinin dərc etdiyi materialda deyilir.
 
“İsrail ikili standartlara öyrəşməyib. Bəzi insan haqları qrupları İsraili təcrid etmə öhdəliyini üzərlərinə götürüblər, ancaq eyni zamanda digər ölkələr tərəfindən edilən qanun pozuntularına və cinayətlərə göz yumurlar”, - deyə məqalənin müəllifi, Haim Salomon Xəbərlər Mərkəzinin prezidenti Pol Miller qeyd edir.
 
“İsraildən fərqli olaraq, Ermənistan QHT dünyasında “sevimli” hesab edilir”, - deyə nəşr yazır.
 
“Human Rights Watch” hüquq müdafiəsi təşkilatının Yaxın Şərq və Şimali Afrika işləri üzrə bölməsinin sabiq direktoru və Kuinsi İnstitutu nəzdində Corc Sorosun maliyyələşdirdiyi tədqiqatlar və siyasət bölməsinin sabiq direktoru Sara Liya Uitson bu ikili standartların parlaq təcəssümüdür. Hər iki təşkilat daim İsrailin qatı tənqidçisi olub, lakin Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalını pisləməyib.
 
Görünür, Ermənistan tərəfindən işğal edilən, - bu fakt BMT Təhlükəsizlik Şurasının bir neçə qətnaməsi ilə təsdiqlənib, - Azərbaycanın Dağlıq Qarabağ regionunda qeyri-qanuni yaşayış yerlərinin tikintisinə Uitsonun heç bir şübhəsi yoxdur. Uitson Qarabağı “Ermənistanın ayrılmaz hissəsi” hesab edən Amerikanın erməni milli komitəsi üçün 2018-ci ildə vəsait toplanmasını həyata keçirib”, - deyə qeyd edilir.
 
Bununla yanaşı, məqalədə qeyd olunur ki, Uitson çoxdan İsrailə qarşı düşmənçiliyi təbliğ edir və Dağlıq Qarabağın erməni işğalını dəstəkləyir. Bu davranış isə koqnitiv dissonans kimi təsvir edilə bilər. Nəşr Uitsonun ikiüzlülüyündə tək olmadığını qeyd edir:
 
“Rokfeller qardaşları fondu daha ədalətli, davamlı və dinc dünyaya təşviq edən sosial dəyişiklik uğrunda” çalışdıqlarını bildirir, ancaq İsrailə qarşı boykot və sanksiya təbliğatı aparan qeyri-hökumət təşkilatlarını maliyyələşdirir. Yeri gəlmişkən, Ermənistan prezidenti ilə RQF rəhbəri əməkdaşlıq imkanlarını müzakirə etmək üçün 2019-cu ilin fevralında görüşüblər”.
 
Nəşr beynəlxalq QHT-lər tərəfindən Azərbaycana qarşı göstərdikləri digər ikili standartlara da nümunələr gətirir.
 
Bir neçə ay əvvəl Demokratiyanın Müdafiəsi Fondunun (FDD) dərc etdiyi məruzədə müxtəlif ölkələrin hökumətləri və qeyri-hökumət təşkilatları tərəfindən selektiv tənqidə münasibətdə “beynəlxalq sistemdə daha dərin problemlər” qeyd olunub. Məruzə müəlliflərinin fikrincə, Ermənistan “Dağlıq Qarabağın işğalından sonra əsasən simvolik qarşıdurma ilə üzləşib və ona qarşı hansısa konkret sanksiyalar tətbiq edilməyib və ya üzərinə öhdəliklər qoyulmayıb. BMT Təhlükəsizlik Şurasının qətnamələrində Azərbaycan Respublikasında böyük sayda dinc əhalinin məcburi köçürülməsi və Azərbaycan ərazilərinin işğal olunması pislənilir. Lakin onlar təcavüzkarın birbaşa identifikasiyasından vaz keçdilər...”, - deyə müəllif məruzənin mətninə istinad edərək yazır.
 
“QHT dünyasındakı ermənilərin demək olar ki, tərəfdarları kimi çıxış edən və erməni məsələsini dəstəkləyən təşkilatlar, xeyriyyə təşkilatları, hətta siyasətçilər də hüquqi mübahisələrə və korrupsiyaya cəlb olundular. “2018-ci ildə “Hayastan” fondunun direktoru Ara Vardanyan mənimsəmə ittihamı ilə həbs edildi. FTB agenti Babak Brumand isə Kaliforniyada federal hüquq mühafizə orqanlarına yaxşı tanış olan erməni mütəşəkkil cinayətkarlığı ilə əlaqəli bir vəkildən rüşvət aldığına görə tutuldu”, - məqalədə qeyd edilir.
 
Həmçinin, əlavə edilir ki, korrupsiya, ikili standartlar və açıq antisemitizm sayəsində bir sıra Ermənistan tərəfdarlarının son dərəcə şübhəli dəyərləri yaydıqları məlum olur.(Qafqazinfo)
Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi - VİDEO

Xəbər xətti

Ukrayna parlamentinin nümayəndə heyəti Azərbaycana gəlir
Ukrayna parlamentinin nümayəndə heyəti Azərbaycana gəlir
12:56 20.04.2024
Paşinyan: Ermənistan və Azərbaycan ilk dəfə olaraq bu məsələni danışıqlar masası arxasında həll edib
Paşinyan: Ermənistan və Azərbaycan ilk dəfə olaraq bu məsələni danışıqlar masası arxasında həll edib
12:43 20.04.2024
Bakı-Sumqayıt yolunda sıxlıq: Səbəbi açıqlandı
12:29 20.04.2024
İsveç XİN rəhbəri Azərbaycan-Ermənistan delimitasiya komissiyasının əldə etdiyi razılaşmanı müsbət qiymətləndirib
12:16 20.04.2024
Sabah 30 dərəcə İSTİ olacaq
12:01 20.04.2024
Bakıda sevgilisini öldürməkdə təqsirləndirilən şəxsin cinayət işi başlanılıb
11:35 20.04.2024
Sevimli səhnə ustası Nəsibə Zeynalovanın doğum günüdür
11:25 20.04.2024
Xankəndidə tapança, avtomat və qumbaralar tapılıb
11:20 20.04.2024
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb
11:15 20.04.2024
Azərbaycanın Əməkdar artisti 49 yaşında dünyasını dəyişib
Azərbaycanın Əməkdar artisti 49 yaşında dünyasını dəyişib
11:05 20.04.2024
Rusiyanın səkkiz bölgəsinə 50 PUA ilə hücum olub
10:56 20.04.2024
Azərbaycan neftinin qiyməti 89 dollara yaxınlaşıb
10:50 20.04.2024
İran İsrailin hərbi hava texnikalarını "oyuncaq" adlandırıb - VİDEO
10:40 20.04.2024
“Qarabağ” “Qəbələ”yə, “Neftçi” “Zirə”yə qarşı
“Qarabağ” “Qəbələ”yə, “Neftçi” “Zirə”yə qarşı
10:30 20.04.2024
Bakıda 29 dərəcə isti var
10:20 20.04.2024
Bu gün yazıçı Çingiz Hüseynovun doğum günüdür
10:15 20.04.2024
Azərbaycanlılara qarşı soyqırımlar... Sulduz qətliamı... -FOTOLAR
10:08 20.04.2024
"Hazırki Aİ rəhbərliyini dəyişmək lazımdır" - Viktor Orban
"Hazırki Aİ rəhbərliyini dəyişmək lazımdır" - Viktor Orban
10:06 20.04.2024
Napoleon nəslinin nümayəndəsi Fransanın gələcəyi haqqında bunları dedi
Napoleon nəslinin nümayəndəsi Fransanın gələcəyi haqqında bunları dedi
09:59 20.04.2024
Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi - VİDEO
Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi - VİDEO
09:51 20.04.2024
Quttereş Azərbaycan və Ermənistana çağırış edib
09:46 20.04.2024
Şuşalılar doğma yurdlarına qayıdırlar - VİDEO
09:22 20.04.2024
“Azərbaycanın COP29-a ev sahibliyi etməsi diplomatik və siyasi cəsarətimizin təcəssümüdür" - Hikmət Hacıyev
09:15 20.04.2024
DİQQƏT: Bakıda bu saatlarda geomaqnit qasırğası başlayır
09:10 20.04.2024
Millət vəkilləri arasında gərgin anlar yaşandı
23:40 19.04.2024
Azadlığına qovuşan Əskipara: Kənd sakinləri sevinclərini bölüşdülər - VİDEO
23:20 19.04.2024
Aİ-dən Qazaxın 4 kəndinin qaytarılması ilə bağlı razılaşmaya REAKSİYA
23:00 19.04.2024
İmran Əliyev həbs edildi
İmran Əliyev həbs edildi
22:40 19.04.2024
Saakaşvili yenidən siyasi arenaya qayıdır? - Namizədliyini irəli sürdü
Saakaşvili yenidən siyasi arenaya qayıdır? - Namizədliyini irəli sürdü
22:20 19.04.2024
İcma: G7 Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesinə zərər vurur
22:00 19.04.2024
DİM: 485 nəfər buraxılış imtahanına gəlməyib
21:40 19.04.2024
İl ərzində Azərbaycanda törədilən 8 930 cinayətin 85 faizi açılıb
21:20 19.04.2024
IX  illik orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələri ELAN OLUNDU
21:02 19.04.2024
SpaceX kosmosa 23 Starlink peyki göndərdi
SpaceX kosmosa 23 Starlink peyki göndərdi
21:00 19.04.2024
Qazaxıstanda veyp rəsmən qadağan edilib
Qazaxıstanda veyp rəsmən qadağan edilib
20:20 19.04.2024
Bu il mənzil satışında bahalaşma olacaq? - EKSPERTDƏN AÇIQLAMA
20:00 19.04.2024
Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb
19:40 19.04.2024
Cenevrədə ilk "Türk Həftəsi" keçiriləcək
Cenevrədə ilk "Türk Həftəsi" keçiriləcək
19:20 19.04.2024
Niyə yuxu görürük? -ARAŞDIRMA
Niyə yuxu görürük? -ARAŞDIRMA
19:00 19.04.2024
Umud Mirzəyev Qazaxın 4 kəndinin qaytarılmasından danışdı: "Tarixi hadisələrə şahidlik edirik"
18:58 19.04.2024
Hamısı