BMT-nin yüzə yaxın sülhməramlısı koronavirusa yoluxub | Eurasia Diary - ednews.net

10 İyul, Cümə


BMT-nin yüzə yaxın sülhməramlısı koronavirusa yoluxub

Dünya A- A A+

BMT-nin 96 sülhməramlısı koronavirusa yoluxub.

EDNews.net “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu BMT-nin Sülhə dəstək üzrə əməliyyat departamentinin kommunikasiya bölməsinin başçısı Nik Bernbek bildirib.

Onun sözlərinə görə, pandemiya başlayandan sülhməramlı əməliyyatlarda iştirak edən təxminən 100 min sülhməramlısından 96 nəfəri COVID-19-a yoluxub: “Bunlardan üçü Kiprin yunan hissəsində, biri BMT-nin Livandakı müvəqqəti qüvvələrində, biri Fələstin-İsrail münaqişəsi bölgəsində, beşi Mərkəzi Afrika Respublikası, üçü Cənubi Sudanda, 13-ü Demokratik Konqo Respublikasında və 70-i Malidə yoluxub. İndiyədək onlardan 48 nəfəri sağalıb. Ölüm hadisəsi qeydə alınmayıb”.(report)

EDNews.net

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...