Koronavirusdan ən yüksək ölüm göstəricisi olan ölkə açıqlandı | Eurasia Diary - ednews.net

10 İyul, Cümə


Koronavirusdan ən yüksək ölüm göstəricisi olan ölkə açıqlandı

Dünya A- A A+

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quttereş Yəməndə COVID-19-dan ən yüksək ölüm nisbətinin qeydə alındığını bildirib. EDNews.net xəbər verir ki, Baş katib təkcə Aden şəhərində virusa yoluxanların 70 faizinin öldüyünü bildirib. Ancaq bütün ölkə üzrə yeni növ koronavirusdan ölüm 17 faiz olaraq qiymətləndirilir.

Quterreş beynəlxalq ictimaiyyəti bu ölkəyə lazımi kömək və maddi yardım göstərməyə çağırıb.

"Ümid edirəm ki, beynəlxalq ictimaiyyət bu müraciətimdən sonra öz dəstəyini göstərəcək”,- deyə Quttereş əlavə edib.

BMT-nin humanitar məsələlər üzrə nümayəndəsi Yens Lerk də respublikadakı vəziyyəti kritik qiymətləndirib və deyib ki, virusa görə Yəməndən daha çox zərər çəkən ölkə yoxdur.(Azvision.az)

EDNews.net

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...