Robert Köçəryan həbsdən çıxdı - Pandemiya bitənədək... | Eurasia Diary - ednews.net

8 İyul, Çərşənbə


Robert Köçəryan həbsdən çıxdı - Pandemiya bitənədək...

Dünya A- A A+

İnzibati məhkəmə Ermənistanın ikinci prezidenti Robert Köçəryanın vəkili Aram Orbelyanın iddiasını təmin edib.

EDNews.net xəbər verir ki, bu barədə Köçəryanın müdafiə qrupu məlumat yayıb.

Qərara əsasən, koronavirus pandemiyasının sonuna qədər Robert Köçəryan “İzmirlyan” xəstəxanasında qalacaq.

Qeyd edək ki, məhkəməyə tibbi məlumatlar verildiyi üçün proses bağlı qapılar arxasında keçirilib.

Ötən il əməliyyat olunan Robert Köçəryanın hansı xəstəlikdən əziyyət çəkdiyi açıqlanmır. Erməni mediası onun ölümcül xəstəliyə tutulduğunu istisna etmir.(teleqraf.com)

EDNews.net

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...