Türkiyədə PKK-nın 5 terrorçusu zərərsizləşdirilib | Eurasia Diary - ednews.net

7 İyul, Çərşənbə axşamı


Türkiyədə PKK-nın 5 terrorçusu zərərsizləşdirilib

Dünya A- A A+

Türkiyənin cənub-şərqindəki Herekol dağı ərazisində PKK-nın 5 silahlısı, o cümlədən terror təşkilatının başçılarından biri zərərsizləşdirilib.

EDNews.net  "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin başçısı Süleyman Soylu özünün “Twitter”dəki səhifəsində yazıb.

O, qeyd edib ki, ölkənin bu ərazisində terrorçuların qərargahı məhv edilib.

"Herekolda jandarmeriyanın və polisin xüsusi təyinatlı qüvvələrinin döyüşləri barədə yaxşı xəbərlər gəlir. PKK-nın beş terrorçusu, o cümlədən bu ərazidə qanlı təşkilatın fəaliyyəti üçün "məsuliyyətli" olan şəxs zərərsizləşdirilib. Ancaq ən vacib olanı "Çemçe" dəstəsinin məhv edilməsidir. Bu o deməkdir ki, ölkənin həmin ərazisində terrorçuların qərargahı zərərsizləşdirilib”, - Soylu yazıb.(report)

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...