Cənubi Koreyada son bir gündə COVID-19-a 38 yeni yoluxma qeydə alınıb.
EDNews.net xəbər verir ki, bu barədə yerli Səhiyyə Nazirliyi yanında Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Mərkəz bildirib.
Bununla da ölkədə virusa yoluxanların ümumi sayı 11 541-ə çatıb. Qeyd edilir ki, COVID-19-a yoluxmuş ümumilikdə 10 446 pasiyent sağalıb.
Cənubi Koreyada 272 insan pandemiyanın qurbanı olub.
SonzamanlarCənubiKoreyadaCOVID-19-a gündəlik 30-80 yoluxma qeydə alınır. Hərçənd aprelin əvvəllərindən yeni yoluxma hallarının sayı gündə tədricən 10-20 hala qədər azalıb.