Qaradərili Corc Floydun polis tərəfindən öldürülməsindən sonra Şimali Dakota əyalətindəki hərbi bazaya edilən hücum zamanı iki əsgərin öldürüldüyü açıqlanıb.
EDNews.net xəbər verir ki, Şimali Dakotadakı “Qrand Forks Hərbi Hava Qüvvələri” tərəfindən verilən açıqlamada səhər saatlarında bazaya hücum zamanı iki əsgərin öldüyü açıqlanıb. Bazada ciddi təhlükəsizlik tədbirləri görülüb və hazırda istintaq davam edir.
Hazırda hücumun bazaya hansı tərəfdən təşkil edildiyi araşdırılır və hələ ki, həbs olunanlarla bağlı məlumat verilmir.(Moderator.az)