Tanınmış aktyor ABŞ-da etiraz aksiyalarında polis hücumuna məruz qalıb - VİDEO | Eurasia Diary - ednews.net

9 İyul, Cümə axşamı


Tanınmış aktyor ABŞ-da etiraz aksiyalarında polis hücumuna məruz qalıb - VİDEO

Dünya A- A A+

“1408”, “İntuisiya” və “2012” filmlərində baş rolları ilə tanınan amerikalı aktyor Con Kyusak Çikaqoda polis tərəfindən hücuma məruz qalıb.

EDNews.net  xəbər verir ki, bu barədə “Deadline” xəbər yayıb.

Məlumata görə, aktyor aksiyalar zamanı yanan avtomobili telefonu ilə çəkirmiş. Bu isə hüquq-mühafizə orqanları əməkdaşlarının xoşuna gəlməyib.

“Onlar dəyənəklə mənə hücum etdilər, velosipedimi təpiklədilər”, - deyə Kyusak nəşrə bildirib.

Qeyd edək ki, ABŞ-da keçirilən aksiyalara məşhurlar da qoşulub. Onların arasında müğənni Ariana Qrande, aktyor Timote Şalame, repçi Machine Gun Kelly, aktrisa Ellen Peyc, Maykl Ceksonun qızı Peris Cekson, musiqiçi Keylani, Halsey, Tinashe, aktyor və repçi Nik Kennon, model Emili Ratakovski, repçi Meek Mill, J.Cole və başqaları olub.

Hazırda ABŞ-ın bir çox şəhərlərini etiraz aksiyaları bürüyüb. Səbəb qaradərili mühafizəçi Corc Floydun polis tərəfindən kobud şəkildə həbsindən sonra ölməsi olub.(oxu.az)

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...