Avropa İttifaqı hərbi fond yaradır | Eurasia Diary - ednews.net

9 İyul, Cümə axşamı


Avropa İttifaqı hərbi fond yaradır

Dünya A- A A+

Avropa İttifaqı (Aİ) xaricdə, ilk növbədə Afrika və Aralıq dənizində hərbi əməliyyatlarını maliyyələşdirmək üçün 8 milyard avro dəyərində olacaq “Avropa Sülh Fondu” yaratmaq niyyətindədir.

EDNews.net  TASS-a istinadən xəbər verir ki, bu barədə Aİ-nin Xarici Siyasət Xidmətinin bəyanatında deyilir.

“Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrell Aİ-nin ümumi xarici və təhlükəsizlik siyasəti çərçivəsində Aİ-nin hərbi əməliyyat fəaliyyətini maliyyələşdirmək üçün 8 milyard avroluq büdcədənkənar “Avropa Sülh Fondu”nun yaradılmasını təklif edib. Bu fondun fəaliyyət müddəti Aİ-nin növbəti yeddiillik büdcə dövrünə (2021-2027) təsadüf edəcək”, - bəyanatda vurğulanıb.(report)

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...