Ermənistanda bazarın bağlanmasına etiraz olaraq aksiya keçirilir | Eurasia Diary - ednews.net

9 İyul, Cümə axşamı


Ermənistanda bazarın bağlanmasına etiraz olaraq aksiya keçirilir

Dünya A- A A+

Ermənistanda “Meymandar” kənd təsərrüfatı mallarının topdan satışı bazarının bağlanmasına etiraz olaraq aksiya keçirilir.

EDNews.net  “Aysor”a istinadən xəbər verir ki, əraziyə polis qüvvələri cəlb olunub. 

Bazarı boşaltmaq üçün tacirlərə 24 saat vaxt verilib. 

Tacirlər bazardakı maşınların hər birində milyonlarla dramlıq məhsul olduğunu bildirirlər.

Polis antisanitariyanın hökm sürüdüyünü əsas gətirərək bazarı bağlamaq istəyir.

Tacirlər ərazinin gündə bir neçə dəfə dezinfeksiya olunduğunu bildiriblər: “Bu səbəbdən də bazar bağlanmayacaq, vəssalam”.(report)

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...