Ermənistan Rusiyadan daxili qiymətlə aldığı silahı Liviyaya göndərib... | Eurasia Diary - ednews.net

10 İyul, Cümə


Ermənistan Rusiyadan daxili qiymətlə aldığı silahı Liviyaya göndərib...

Dünya A- A A+
“Rusiya tərəfindən Ermənistan hakimiyyətinə qarşı böyük inamsızlıq var, Ermənistan artıq hər hansı ölkə üçün etibarlı tərəfdaş deyil və bu, ikitərəfli hərbi-texniki sövdələşmələr sahəsində nəzərə çarpır: ümumiyyətlə, bütün ölkələrlə münasibətlərimiz tarixi minimumdadır və Ermənistana qarşı etimad səviyyəsi heç vaxt bu qədər aşağı olmayıb”.
 
EDNews.net  xəbər verir ki, bunu erməni siyasi xadim, Ermənistan Milli Təhlükəsizlik Dövlət İdarəsinin keçmiş rəisi David Şahnazaryan bildirib.
 
O qeyd edib ki, beynəlxalq silah satışı bazarının öz qaydaları var və Ermənistanın son addımları - Rusiyadan daxili qiymətlərlə silah almaq və onu kənara çıxarmaq bütün razılaşmaların pozulmasıdır.
 
“Bundan sonra həmin tərəfdaşla əməkdaşlığı davam etdirmək çətindir. Bu silah Ermənistandan Liviyaya Baş nazirin birbaşa əmri və Müdafiə nazirinin bilgisi ilə gedib”, - deyə erməni siyasi xadim bildirib. (ordu.az)
 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...