Macarıstan sərhədlərinin açılacağı tarix müəyyən edilib | Eurasia Diary - ednews.net

11 İyul, Şənbə


Macarıstan sərhədlərinin açılacağı tarix müəyyən edilib

Dünya A- A A+
Macarıstan sərhədlərin açılmasına hazırlaşır.
 
EDNews.net   xəbər verir ki, bu barədə Macarıstanın Xarici İşlər Nazirliyinin başçısı Peter Siyyarto özünün "Facebook” səhifəsində birbaşa yayımda bəyan edib. Siyyartonun sözlərinə görə, o, sərhəd məhdudiyyətlərinin yumşaldılması məsələsini avstriyalı, çexiyalı və slovakiyalı həmkarları ilə müzakirə edib.
 
Nazir qeyd edib ki, bu ölkələr regionda bir-biri ilə çox sıx bağlıdır. Dörd ölkənin sərhədyanı bölgələrində dərin humanitar və fəal iqtisadi əlaqələr formalaşıb.
 
Xatırladaq ki, Avstriya regionda Macarıstanın əsas ticarət tərəfdaşıdır, Slovakiya isə bu baxımdan üçüncüdür.
 
Peter Siyyarto bəyan edib ki, dörd ölkə iyunun 15-ni öz ölkələrində məhdudiyyətlərin götürülməsinə başlanması tarixi kimi müəyyən ediblər. (AZƏRTAC)

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...